AZ

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen hər il Avropa İttifaqından , əsasən də ABŞ-a 300 milyard avroya yaxın vəsaitin axdığını bildirib. O, İtaliyanın keçmiş baş naziri Enriko Lettanın məlumatlarına istinad edib.

Valyuta.az xəbər verir ki, AK rəhbərinin dediyinə göprə, kapital bazarlarının və maliyyə sisteminin parçalanması səbəbindən bu vəsait Avropa şirkətlərinin inkişafı üçün zəruridir.

Fon der Leyen vurğulayıb ki, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard fond bazarına inteqrasiya layihəsini - Aİ Kapital Bazarları İttifaqını (CMU) tamamlayarkən Aİ-dəki şirkətlər üçün ildə 470 milyard avro məbləğində əlavə maliyyə vəsaitinin cəlb edilməsinin mümkünlüyünü qeyd edib. 2015-ci ildə irəli sürülən təşəbbüs daha inklüziv və dayanıqlı iqtisadiyyat yaratmaq, rəqabət qabiliyyətini artırmaq və s. məqsədi daşıyır.

Fon der Leyen şirkətlərin kapital bazarlarına çıxışını artırmaq, enerji xərclərini azaltmaq, bacarıq çatışmazlığını aradan qaldırmaq və ticarət əlaqələrini gücləndirmək üçün tədbirlər görməyə çağırıb.

Aİ liderləri, həmçinin regionda davamlı inkişafı təmin etmək və iqtisadi tənəzzülün qarşısını almaq üçün rəqabətqabiliyyətlilik sazişinin zəruriliyini müzakirə ediblər.

Nicat

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla