AZ

Samiq Sadıxov Naxçıvan MR Səhiyyə Nazirliyində vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov nazirlikdə vətəndaşları qəbul edib.

 

Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, qəbul zamanı vətəndaşların müayinə və müalicə, dərman təminatı, əlilliyin təyini məsələləri, işə qəbul və digər məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

 

Qəbul zamanı ümumilikdə 34 nəfər vətəndaş müraciət edib.

 

Qeyd edək ki, vətəndaşlar müraciətlərini Nazirliyin “Çağrı Mərkəzinin 2232 nömrəsi vasitəsilə ünvanlaya bilərlər.

 

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla