AZ

Ərdoğan Bağdaddan sonra Ərbilə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də Bağdada səfərindən sonra İraq Kürdüstanı muxtariyyətinin rəhbərliyi ilə Ərbildə danışıqlar aparacağını deyib.

Azpost.info xəbər verir ki, o bu barədə İstanbulda jurnalistlərə açıqlama verib.

“Bu, bir günlük səfər olacaq. Bağdadda İraq prezidenti və baş naziri ilə apardığımız danışıqlardan sonra Ərbilə səfər edəcəyik. Orada Şimali İraq problemlərini müzakirə etmək imkanımız olacaq”, – Ərdoğan bildirib.

Azpost.info

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla