AZ

"Bakcell"in Baş İcraçı Direktoru Klaus Müller: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

"Bakcell böyük dəyişikliklər astanasındadır: bu barədə 25 Aprel tarixində keçiriləcək mətbuat konfransında ətraflı məlumat veriləcək", deyə Bakcellin Baş İcraçı Direktoru Klaus Müller Xankəndi şəhərində jurnalistlərlə görüşdə qeyd edib.

FED.az xəbər verir ki, tədbir zamanı media nümayəndələrinin suallarını cavablandıran Dr. Klaus Müller azad olunmuş ərazilərdə qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk mobil rabitə mağazasının Bakcell tərəfindən istifadəyə verilməsini bildirib.  

Həmçinin, Dr. Klaus Müller qeyd edib ki, 2024-cü ildə Bakcell bütün ölkə boyunca mobil rabitə və xidmət şəbəkəsini daha da genişləndirmək niyyətindədir.

Seçilən
42
50
Mənbələr
Şərh ()
Bağla