AZ

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Gürcüstanın

Tbilisi, 19 aprel, AZƏRTAC

Gürcüstanın müdafiə naziri İrakli Çikovani ABŞ ordusunun Avropa və Afrikadakı Baş Qərargah rəisinin müavini, briqada generalı Patrik Ellis ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüşdə ABŞ-ın Avropa və Afrikadakı komandanlığı ilə hərbi əməkdaşlıq məsələsi və beynəlxalq təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub. Nazir Gürcüstana verdiyi dəstəyə və strateji tərəfdaşlığa görə Amerika tərəfinə təşəkkür edib.

Söhbət zamanı regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla