AZ

Dövlət qurumlarını aldadan iş adamına 11 il həbs - 10 milyonluq əmlakı alındı

Müdafiə Nazirliyinin silah-sursat anbarının tikintisinə ayrılan 7 milyon manatı mənimsəməkdə təqsirləndirilən Üzeyir Həsənovun məhkəməsi yekunlaşıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

"Bina Tikinti Kompaniyası" MMC-nin rəhbəri Üzeyir Həsənov 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməyərək qiymətləri şişirdib. Şirkət rəhbərinin qanunsuz fəaliyyəti nəticəsində dövlətə 7 milyon manat ziyan dəyib.

Müttəhim Həsənovun cinayət əməli bununla bitmir. İttihamda qeyd olunur ki, o, Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının təmir-bərpa işlərinin aparılmasını öz üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. Bu epizod üzrə Həsənova 1.8 milyon manatlıq mənimsəmə ittihamı verilib. 

Ü.Həsənov verilmiş ittihamla özünü təqsirli bilmir. Sərbəst ifadəsində ittihamda qeyd olunanlardan xəbərsiz olduğunu deyib. 

Bu gün keçirilən sonuncu məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, Ü.Həsənov xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib. 10 milyonluq əmlakı dövlət nəfinə müsadirə edilib.

Seçilən
40
4
Mənbələr
Şərh ()
Bağla