AZ

Benzin sərfiyyatını azaltmağın sadə yolu - Ustaya getmədən - VİDEO

Avtomobildə benzin sərfiyyatının artması müxtəlif səbəblərdən ola bilər. Ümumilikdə aqressiv sürüş tərzi, avtomobilin yuxarı dövrlərdə idarə olunması, təkərlərin boş olması, mühərrikə daxil olan hava və benzinlə bağlı nizamın pozulması, uzun müddət tıxacda qalmaq maşınlarda benzin sərfiyyatına təsir edir. Lakin, bəzən oksigen sensorunun ( lambda ) kirlənməsi də avtomobilin benzin sərfiyyatının artmasına səbəb olur. Belə ki, Aİ95 tələb edən avtomobillər Aİ92 ilə idarə olunan zaman tərkibindəki qurğuşun oksigen sensorunun kirlənməsinə səbəb olur ki, bu da benzin sərfiyyatında ciddi artıma gətirib çıxarır. Belə olan halda oksigen sensorunu dəyişməyə ehtiyac yoxdur, onu sadəcə təmizləmək maşını əvvəlki halına qaytarmağa kömək edir.

Milli.Az bununla bağlı videonu təqdim edir:

İsmayıl
Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla