AZ

Lənkəranda oğurluq etdiyi evi yandırmaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Lənkəranda evdən oğurluq etməkdə təqsirləndirilən Şaiq Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nicat Ağabəyovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 29-da keçiriləcək.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, Boladi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyev həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan "İJ" markalı ov tüfəngini oğurladıqdan sonra həmin evi yandırıb. Ş.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan silah aşkarlanaraq maddi sübut kimi götürülüb. Ona qarşı Cinayət Məcəlləsin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla