AZ

Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici bukletlər hazırlanıb

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər nəzərə alınmaqla, maarifləndirici bukletlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Bu bukletlərə “Yerli (bələdiyyə) vergiləri”, “Mədən vergisi”, “Mənfəət vergisi”, “Dövlət büdcəsinə ödənilən torpaq vergisi”, “Vergi öhdəliklərinin yerinə yetirilməsi”, “Əlavə dəyər vergisi”, “Sadələşdirilmiş vergi”, “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi”, “Daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirin sadələşdirilmiş vergiyə cəlb edilməsi”, ”Ailə kəndli təsərrüfatlarının və torpaq mülkiyyətçilərinin aylıq məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənilməsi”, “Sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı”, “Dövlət büdcəsinə ödənilən əmlak vergisi”, “Fiziki şəxslərin uçotu”, “Kommersiya qurumlarının dövlət qeydiyyatına alınması”, “Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə yaddaş”, “Vergi ödəyicisinin hüquq və vəzifələri”, “Sənaye yaxud texnologiyalar parklarında vergitutma”, “Onlayn kassanın tətbiqi”, “Aksizlər”, “Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxslərin gəlir vergisi”, “İşğaldan azad edilmiş ərazilərdə vergitutma”, “Lotereyaların keçirilməsi haqqında”, “Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı (muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı daxil olmaqla hər biri üzrə ayrılıqda) aiddir.

Bukletlərlə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiz:

https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla