AZ

AFFA və hüquq-mühafizə orqanları hərəkətə keçdi -yenə danışılmış oyun...

Futbol üzrə ölkə çempionatını cənginə alan çoxlu problem azmış kimi, danışılmış oyunların varlığı da sirr deyil.

İndi də 1-ci liqanın 18-ci turunun MOİK – “Difai Ağsu” (3:1) matçıyla bağlı ciddi şübhələr yaranıb. Belə ki, Asiya ölkələrinin birində matçda 4 qolun vurulacağına böyük məbləğdə mərc edilib.

UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məsələylə bağlı “Football-plus.az”a açıqlama verib. Sizi onun fikirləriylə tanış edirik:

“Belə məsələlər daim ciddi şəkildə nəzarətdə saxlanılır. Bəli, təəssüf ki, həmin oyunun danışılmış olmasıyla bağlı siqnallar almışıq. Qarşılaşma ətrafında araşdırmamız başa çatıb və məlumatlar toplanaraq həm AFFA-ya, həm də hüquq-mühafizə orqanlarına ötürülüb. Gün ərzində yeniliklərin olacağı gözlənilir”.

KƏNAN BAHADIR
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla