AZ

Çindən Azərbaycana uçanlar saatlardır aeroportda qalıb - Video

Çinin Quançjou şəhərində yerləşən Baiyun hava limanında bir qrup azərbaycanlı çıxılmaz vəziyyətdə qalıb.

Bu barədə "Qafqazinfo”ya orada qalan vətəndaşlardan biri, iş adamı Ramal Şəmşədli məlumat verib.

O bildirib ki, hava limanında artıq bir sutkadan artıq gözləyirlər: "Ötən gün buranın saatı ilə 12:30-da uçuşumuz olmalı idi. Əvvəl 2, sonra 3, daha sonra isə dedilər ki, 5 saat sonra uçacaqsınız. Demək olar ki, bizi burada bir sutka gözlətdilər. Biz də burada ac-susuz gözləmişik. Burada sadəcə azərbaycanlılardır. 60-a yaxın azərbaycanlı var. Başqa heç bir ölkənin nümayəndəsi də yoxdur. İndi də bizə deyirlər ki, 3 gün gözləyəcəksiniz, sonra uçacaqsınız. Nə hotel dəstəyi verən var, nə də biletimiz geri qaytarırlar ki, biz başqa ölkə ilə uçuş edək. Burada yaşlı, uşaq, qadın var. Hamımız qalmışıq belə gözləyə-gözləyə. Heç bir səbəb də göstərilmir. Gah havanın pis olmasını səbəb gətirdilər, gah da dedilər ki, bizim uçuşumuz yoxdur”.


www.anews.az
Seçilən
50
5
Mənbələr
Şərh ()
Bağla