AZ

Sürücüylə sərnişin arasında “50 qəpik” davası: “Haramın olsun, gözündən gəlsin” - VİDEO

Paytaxtda taksi sürücüsüylə sərnişin arasında mübahisə yaranıb.
Avtosfer.az xəbər verir ki, sərnişin başına gələn hadisəni videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. Zərərçəkmişin sözlərinə görə, Sədərək Ticarət Mərkəzinə “Bolt” şirkətindən taksi sifariş edib və xidmət haqqını öncədən kartla ödəyib. Müştərini ünvandan götürən sürücü ticarət mərkəzinə giriş üçün ödədiyi “50 qəpiyi” ondan geri istəyib. Müştəri şirkətin göstərdiyi məbləği ödədiyini bildirərək ona etiraz edib. Bu zaman əsəbiləşən sürücü sərnişinə pulu ödəməyəcəyi halda onu avtomobildən düşürəcəyini deyib. Qadın isə belə qayda varsa müştəriləri öncədən məlumatlandırmalarını bildirib. Sürücü “Gediş haqqını ödəmisən, bazara giriş pulunu da verməlisən” deyərək ona dəfələrlə qışqırıb. Onlar arasında yaranmış mübahisə getdikcə gərginləşib. Belə ki, sürücü “haramın olsun, gözündən gəlsin” deyərək müştəriyə qarğış edib.

Nərmin

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla