AZ

Uşaq "daş" tapdı, insan sümüyü olduğu ortaya çıxdı

Amerikada 20 il əvvəl bir uşağın tapdığı qaya parçasının təxminən 70 il əvvəl təlim zamanı dünyasını dəyişən ABŞ Hərbi Dəniz Qüvvələri kapitanı Everett Leland Yagerə məxsus çənə sümüyü olduğu məlum olub.

Publika.az xəbər verir ki, qaya parçası 2002-ci ildə adı açıqlanmayan kolleksiyaçı uşağın valideynləri tərəfindən polisə təhvil verilib. Daha sonra 2023-cü ildə Ramapo Kolleci Araşdırma Genetik Genealogiya Mərkəzində araşdırıldığı bildirilib.

Kapitan Yagerin qızından çənə sümüyü ilə müqayisə üçün DNT nümunəsi götürülüb. Nəticədə valideyn-uşaq əlaqəsi təsdiqlənib.

Qəza Kaliforniya üzərində havada baş verdiyi üçün heç kim çənə sümüyünün Arizonada necə peyda olmasından əmin deyil. Təxminlərə görə, sümüyü ora quş aparmış ola bilər.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla