AZ

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

İsveçrədə

Bakı, 19 aprel, AZƏRTAC

İsveçrə mühəndislərİ uçuş zamanı maneələri dəf edən və onların yanından sərbəst ötüb keçə bilən dron (pilotsuz uçuş aparatı - PUA) hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, onlar bu texnologiyanı həşəratlarda, xüsusən də tarakanlarda müşahidə ediblər. Gələcəkdə belə bir drondan uzaq meşəlik ərazilərdə biomüxtəlifliyin dərəcəsini izləmək və ölçmək üçün istifadə edilə bilər.

İsveçrənin Federal Meşə, Qar və Landşaft Araşdırmaları İnstitutunun (WSL) açıqlamasında qeyd olunur ki, sıx meşə bitki örtüyü olan ərazilərdə ətraf mühitin monitorinqi alimlər üçün ciddi problem olaraq qalır. Məsələn, uzaq məsafəli rejimdə meşə ağaclarının aşağı hissəsinə nüfuz etmək hələ də mümkün deyil, çünki budaqlar dronun uçuşa davam etməsinə mane olur və onu öz trayektoriyasından ayırır.

İndi Emanuel Aukonenin rəhbərlik etdiyi WSL mühəndislər qrupu Sürix Federal Ali Texniki Məktəbinin (ETHZ) və Piza Universitetinin alimləri ilə birlikdə bu problemin həllini tapıblar. Onlar müvafiq texnologiyanı həşəratlarda, daha doğrusu xitinöz gövdəsi aerodinamik formaya malik və aşağı sürtünmə əmsalı olan materialdan ibarət olan tarakanlarda müşahidə ediblər. Taktiki və texniki məlumatlarını “Nature Communications” jurnalında dərc etdikləri bənzər texnologiyanı alimlər dronda istifadə etmək qərarına gəliblər.

Bundan əlavə, tədqiqatçılar dronu ətraf mühitdə budaqlar və ya digər bitki örtüyü ilə təmasda olduqda, uçuş aparatına toxunma reaksiyasını təmin edən ətraf mühit zəkası ilə təchiz ediblər. İlk sınaqlarda “tarakanabənzər dron” uçuş zamanı yarpaqları olan budaqları uğurla itələyə və onların yanından keçə bilib. Alimlər növbəti mərhələdə drona eyni anda bir neçə maneəyə “reaksiya verməyi” öyrətməklə, onu təkmilləşdirməyi planlaşdırırlar.

Seçilən
33
3
Mənbələr
Şərh ()
Bağla