AZ

Hesablama Palatası tərəfindən preauditin keçirilməməsinin səbəbləri - SƏDR AÇIQLADI

“Məlum olduğu kimi, ali audit orqanlarının Konstitusiyası hesab edilən Lima bəyannaməsinə əsasən post (sonrakı) audit ali audit orqanlarının mütləq vəzifəsidir, lakin preauditmilli qanunvericilikdən irəli gəlir”. SİA xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“Hazırda “Hesablama Palatası haqqında” Qanundan da göründüyü kimi, qanunvericilik preauditi birbaşa müəyyən etmir. Lakin layihəyə rəy verməklə bağlı Hesablama Palatası qarşısında vəzifə müəyyən olunub. Bu vəzifə ex-ante qiymətləndirilməsini ehtiva edir və hesabat ili ərzində bu vəzifəni icra etməklə 7 rəy vermişik”,- deyə o əlavə edib.

Seçilən
113
15
Mənbələr
Şərh ()
Bağla