AZ

İrandan İsrailə: Cavabımız sərt və qəti olacaq

İsrail rejimi eyni səhvi təkrar edərsə, cavabımız sərt və qəti olacaq.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

O, İsrailin əvvəlki səhvi təkrarlamayacağına ümid etdikərini deyib və xəbərdarlıq edib:

"İsrail rejimi yenidən təşəbbüs göstərsə və İranın maraqlarına zidd addımlar atsa, növbəti cavabımız sürətli və ən yüksək səviyyədə olacaq".
O, bu xəbərdarlığın İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə Ağ Evə çatdırıldığını və belə bir gərginlikdə maraqlı olmadıqlarını bildirib.

Onun sözlərinə görə, mümkün hücuma qarşı cavab tədbirləri hazırlanıb. Bununla yanaşı, o, ABŞ-ın baş verən gərginliyin qarşısını alacağına ümid edir:

"İranın keçən həftə İsrailə hücumda məqsədi xəbərdarlıq etmək idi. Bu, İsrailin İran konsulluğuna olan hücumuna cavab idi.
Vasif
BakuPost
Seçilən
157
34
Mənbələr
Şərh ()
Bağla