AZ

Yeddiqat dünya çempionu səfir təyin edildi

Yeddiqat dünya çempionu Ronni O`Sallivan Səudiyyə Ərəbistanının snuker idman növü üzrə səfiri təyin edilib. Bu barədə idmançının özü məlumat verib.

“Snukerə bütün həyatımı həsr etmişəm. Sevinirəm ki, bu idman növünün populyarlaşması, yeni bazarlar əldə etməsi üçün xidmətə malikəm.

Bu il Ər-Riyadda “Masters” turnirində çıxış etdim. Onların snukerə olan marağı məni heyrətə gətirdi. Səbirsizliklə yenidən buraya qayıtmaq və “Qızıl şar”ı vurmağı gözləyirəm”, – deyə Ronni sosial şəbəkə hesabında qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl 22 qat “Böyük dəbilqə” çempionu, ispaniyalı tennisçi Rafael Nadal da oxşar məzmunlu paylaşım etmişdi.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla