AZ

Dünya kuboku: Zöhrə Ağamirova final mərhələsinə vəsiqə üçün mübarizə aparır - FOTO - VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda ikinci sessiya başa çatıb.

İdman.biz xəbər verir ki, iştirakçılar ikinci alətdə bacarıqlarını göstəriblər.

Almaniyalı Darya Varfolomeyav liderliyini davam etdirir. Dünya çempionu halqa və topla hərəkətlərin cəmində 71,200 xal toplayıb.

Bolqarıstanlı Elvira Krasnobayeva 69,750 xalla ikincidir. İtaliyalı dünya çempionu Sofiya Raffaeli üçüncü sırada qərarlaşıb – 67,400.

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova ümumi hesabda 12-cidir. Onun aktivində 64,200 xal var. Kamilə Seyidzadə 58,950 xalla 24-cü sırada yer alıb.

Zöhrə halqa ilə hərəkətdə 4-cüdür. O, bu növdə final mərhələsinə yüksəlmək şanslarına malikdir.

İdman.biz

Məqalədə:
Seçilən
63
Mənbələr
Şərh ()
Bağla