AZ

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

Sumqayıt, 19 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Aprelin 19-da Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının binasında “Heydər Əliyev irsi” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə elm, ədəbiyyat, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyev haqqında kitab yazmağın böyük məsuliyyət tələb etdiyini bildirib, kitabın müəllifi - YAP Veteranlar Şurasının üzvü Zərifə Əliyevanın bu vəzifənin öhdəsindən uğurla gəldiyini vurğulayıblar.

Zərifə Quliyeva kitabın ərsəyə gəlməsindən danışaraq, Heydər Əliyev irsinin Azərbaycan var olduqca həmişə dövlətimizin inkişaf yoluna işıq saçacağına əmin olduğunu vurğulayıb.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla