AZ

"Deputatın iradının heç bir əsası yoxdur" — Ekspert özəl məktəblərin qiymətindən DANIŞDI

Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib ki, Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb.

O bildirib ki, ölkədə, xüsusilə də Bakıda kifayət qədər özəl məktəblər var: “Amma həmin məktəblərin hərəsi bir təhsil haqqı müəyyən edib. Hətta məbləğ kosmik rəqəmlərə çatıb. Ümumiyyətlə, özəl məktəblərdə qiymətlər necə tənzimlənir? Məbləğ təyinatında hansı parametrlər əsas götürülür? Bu məsələyə aydınlıq gətirmək lazımdır”.

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, deputatın iradının heç bir əsası yoxdur:

“Ölkə ərazisində təhsili həyata keçirən ümumi təhsil məktəbləri var. Ümumi təhsil məktəblərinin 12 növü var. Hər bir kateqoriya üçün məktəb var. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə, özəl mülkiyyətdə olan təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Hazırda Azərbaycanda 3431 məktəb fəaliyyət göstərir. Onun 32-si özəl, 3399 isə dövlət məktəbidir. “Təhsil haqqında” Qanunun 40-cı maddəsində göstərilir ki, özəl təhsil müəssisələri  təhsil haqlarını müəyyən etməkdə sərbəstdir. Özəl təhsil müəssisələrinin əksəriyyəti beynəlxalq proqramlara uyğun olaraq təhsil verir. Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqqı 5 mindən 60 minə qədər dəyişir. Qanunvericilik özəl təhsil müəssisələrinə tam hüquq verir ki, qiyməti özü müəyyən etsin. Heç kim məcbur deyil özəl təhsil müəssisələrində təhsil almağa. Özəl təhsil müəssisələrindən heç də fərqlənməyən məktəblər, liseylər və gimnaziyalarımız da var”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla