AZ

Bakı və İrəvan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək

Bakı. Trend:

Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmışhissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralelyerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinəmüraciət edəcəklər.

Trend xəbər verir ki, bubarədə aprelin 19-da Azərbaycan Respublikası və ErmənistanRespublikası arasında sərhəddə Azərbaycan Respublikası Başnazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Başnazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə AzərbaycanRespublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinindelimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikasıilə Azərbaycan Respublikası arasında dövlət sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

“Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başaçatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələridelimitasiya edilmiş hesab olunsun. Paralel olaraq, AzərbaycanRespublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinindelimitasiyası üzrə Dövlət Komissiyasının və ErmənistanRespublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgəfəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxilirazılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərindövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraqƏsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib”, -açıqlamada deyilir.

Məqalədə:
Seçilən
6
24
Mənbələr
Şərh ()
Bağla