AZ

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar

Bakı. Trend:

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci ilAlma-Ata Bəyannaməsinə əsaslanacaqlar.

Trend xəbər verir ki, bu barədə aprelin 19-da AzərbaycanRespublikası və Ermənistan Respublikası arasında sərhəddəAzərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin vəErmənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanınsədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasıvə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındadövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldəolunub.

Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsindətəsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə AzərbaycanRespublikası ilə Ermənistan Respublikası arasında sülhün vədövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cürqərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişləmüəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyirazılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədənanklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davametdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanmışdır. Növbəti görüşünkeçirilməsi tarixinin və yerinin işçı qaydada razılaşdırılmasıqərara alınıb.

Məqalədə:
Seçilən
46
33
Mənbələr
Şərh ()
Bağla