AZ

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ombudsman Aparatında vətəndaşları qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müvəkkil tərəfindən mütəmadi olaraq həyata keçirilən növbəti qəbul zamanı hər bir vətəndaş fərdi qaydada dinlənilib, onlara hüquqi məsləhətlər verilib, bəzi müraciətlər yerindəcə həll edilib. Vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı, həmçinin vətəndaşların müraciətlərinə daha səmərəli və çevik şəkildə baxılması məqsədilə onlara Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı mərkəzi və digər əlaqə vasitələri barədə məlumat verilib.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla