AZ

Putin və Əliyev Moskvada görüşəcək


Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan lideri Rusiyada işgüzar səfərdə olacaq.
“Danışıqlarda Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, - məlumatda bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, hər iki ölkənin rəhbərləri Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur Magistralının (BAM) veteranları ilə də görüşəcəklər.
Seçilən
70
3
Mənbələr
Şərh ()
Bağla