AZ

Konsolidə edilmiş maliyyə hesabatlılığında əsas problemlər

“Dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlarının olmaması büdcə üzrə qərarların aydın mənzərə olmadan verilməsinə səbəb olur. Məlumat üçün bildirim ki, konsolidə edilmiş maliyyə hesabatları yalnız pul vəsaitinin hərəkətini deyil, aktiv və öhdəliklərin tarix üzrə dəyişimini də izləməyə imkan verir”. SİA xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Sədr qeyd edib ki, dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatının hazırlanması çox saylı mərhələlərdən keçməlidir: “İlkin mərhələlərindən biri qurum səviyyəsində konsolidasiyanın doğru aparılmasıdır. Apardığımız auditlər göstərir ki, bu sahədə qanunvericilik və metodoloji bazada, habelə kadr potensialında, o cümlədən biliklərin praktikada tətbiq olunmasında problemlər var”.

Seçilən
66
5
Mənbələr
Şərh ()
Bağla