AZ

Makron atəşkəs təklif etdi, Peskov məsələyə fərqi yanaşdı

Məlum olduğu kimi, növbəti Yay Olimpiya Oyunları bu il iyulun 26-sı – avqustun 11-i aralığında Parisdə keçiriləcək.

Dünyadakı ictimai-siyasi vəziyyəti, müharibələri nəzərə alsaq, Fransanın hakimiyyət orqanlarının dördilliyin ən mötəbər idman yarışı ərəfəsində müəyyən narahatlıq keçirməsi təbidi. Əslində zaman-zaman “Futbol+”in səhifələrində bu məsələyə toxunmuşuq. Artıq Fransanın prezidenti Emmanuel Makron da bu məsələyə biganə qalmır. O, Sena çayı sahilində keçiriləcək açılış mərasimində təhlükəsizliyə təhdidlə bağlı açıqlama verib:

"Təhlükəsizliyə təhdid yaranarsa, açılış mərasimi ehtiyat tədbiri kimi “Trokadero” və ya hətta “Stade de France” ilə məhdudlaşdırıla bilər. Tədbirdən bir neçə gün əvvəl bütün təhlükəsizlik xidmətləri səfərbər ediləcək və təhlükəsizlik perimetri qurulacaq”.

Makron həmçinin Paris Olimpiadası günlərində bütün münaqişələrdə atəşkəsə nail olmaq niyyətini ortaya qoyub:

“Biz olimpiya atəşkəsi üzərində çalışacağıq”.

Aydın məsələdi ki, bu gün dünyada ən böyük müharibə Ukrayna ilə Rusiya arasında yaşanır. Bu üzdən Rusiya tərəfinin Makronun ideyasına münasibəti maraqlıdı. Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun fikrincə, Ukrayna belə təşəbbüslərdən yenidən silahlanmaq üçün yararlanır:

“Bir qayda olaraq, Kiyev rejimi belə ideyalara və təşəbbüslərə ordusunu yenidən qruplaşdırmaq, silahlandırmaq və başqa belə məqsədlər imkanı kimi yararlanır. Əlbəttə, bu məqam belə təşəbbüsləri gözdən keçirmək prosesini cidd şəkildə çətinləşdirir. Bu birincisi. İkincisi, hələ ki bu yöndə heç bir rəsmi addım atılmayıb”.

Bildiyiniz kimi, Beynəlxalq Olimpiya Komitəsi ötən ilin dekabrında Rusiya və Belarusdan olan idmançıların builki Olimpiadaya fərdi neytral statustla, bəzi meyarlar gözlənilməklə buraxılacağını elan edib. Rus və belaruslu atletlər Olimpiadanın açılış mərasiminə buraxılmayacaq, eləcə də onlar medal cədvəlində göstərilməyəcək.
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla