AZ

"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze

 
"Bu qanun ölkənin suverenliyinin möhkəmləndirilməsi, onun sabit inkişafının təmin edilməsinə yönəlib..."
 
"Gürcüstan üçün gerçək təhlükə mifik "ukraynalaşdırma" deyil, ruslaşdırmadır..."
 
Ukrayna Xarici İşlər Nazirliyi Koxabidzenin bəyanatına cavab verib
 
Gürcüstanın baş naziri İrakli Koxabidze bəyan edib ki, qalmaqallı "Rusiya qanunu"nun əsas məqsədi "ukraynalaşdırmanın qarşısının alınmasıdır".
 
Moderator.az xəbər verir ki, bu barədə o, "1tv" telekanalına müsahibəsində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi hər şeydən öncə Gürcüstanın ukraynalaşdırmasından qorunmasına, yəni Gürcüstanın suverenliyinin möhkəmləndirilməsi və ölkənin sabit inkişafının təmin edilməsinə yönəlib, bu da Gürcüstanın Avropa İttifaqına inteqrasiyasının zəruri şərtidir", - o, deyib.
 
Koxabidze iddia edir ki, qeyri-hökumət təşkilatları (QHT) ölkədə inqilab təşkil edərək onu Avropa gələcəyindən məhrum etmək istəyib.
 
"Əgər QHT-lər 2020-2022-ci illərdə fəal şəkildə etdiklərinə, yəni hakimiyyəti inqilab yolu ilə dəyişməyə nail olsaydılar, bu gün Gürcüstan Ukraynadan da pis vəziyyətdə olacaqdı, bu isə o deməkdir ki, sülh və Avropaya inteqrasiya keçmişdə qalacaqdı", - o, deyib.
 
Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Gürcüstan baş nazirinin şərhindən hiddətlənib. 
 
Diplomatlar vətəndaşların dinc etitazlar hüququna hörmətlə yanaşmağa və vəziyyətin əməli dialoq yolu ilə həlli yollarını axtarmağa çağırış edib.
 
"Ölkəmizin adının belə etinasız kontekstdə istifadə edilməsi Ukrayna-Gürcüstan münasibətlərinə əlavə zərər vurur. Gürcüstan üçün gerçək təhlükə mifik "ukraynalaşdırma" deyil, ruslaşdırmadır.
 
Ukrayna Gürcüstanla sülh və dostluq münasibətlərində maraqlıdır, hər zaman Gürcüstanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyünə qətiyyətlə dəstək verib və dəstəkləməkdə davam edir", - məlumatda deyilir.
 
Gürcüstanda etirazlar - son xəbərlər
 
Xatırladaq ki, dünən ölkə parlamenti birinci oxunuşda "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini təsdiq edib, bu qanun Rusiyanın "xarici agentlər haqqında qanun"u ilə müqayisə edilir.
 
Ötən il bu sənəd kütləvi etirazlardan sonra geri götürülüb. Gürcüstan prezidenti etirazçılara dəstək verərək bəyan edib ki, qanun ölkənin Avropaya inteqrasiya edilməsinə mane olacaq.
 
Bu dəfə də insanlar "Avropaya-hə, Rusiya qanununa-yox!" şüarları ilə dinc etirazlara çıxıb. KİV-lər aksiya iştirakçılarının saxlanılması və onlara qarşı güc tətbiq edilməsi barədə məlumat verib.
 
Qanun layihəsi 20 faizdən artıq xaricdən  maliyyələşən təşkilatlardan "xarici təsir agentləri"kimi qeydiyyatdan keçməyi tələb edəcək.
Seçilən
20
50
Mənbələr
Şərh ()
Bağla