AZ

1 tondan çox narkotik dövriyyədən çıxarılıb

Bakı. Trend:

Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitəçıxarılıb.

Trend xəbər verir ki, Daxili İşlər Nazirliyində Kollegiyaiclasında nazir Vilayət Eyvazov deyib.

"Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinəolanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin,onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların,hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqaldövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bucinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyathadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb.", - deyə nazir qeyd edib.

Nazir onu da əlavə edib ki, 2024-cü ilin birinci rübündə Daxiliİşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin85 faizi açılıb.

Seçilən
96
1
Mənbələr
Şərh ()
Bağla