AZ

Beyindən 1 metrlik saç çıxarıldı - Həkimlər şokda

Şiddətli başağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda saç götürülüb.

Bakupost.az xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib.

Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkəndə heyrətə gəliblər.

Əvvəlcə onun beynində şiş olduğu düşünülsə də, müayinələrdən sonra tamamilə fərqli bir vəziyyət ortaya çıxıb.

Qırğızıstan Neyrocərrahlar Assosiasiyasının prezidenti Mamıtovun rəhbərlik etdiyi həkimlər qrupu Bişkekdəki Jal xəstəxanasında uşağı əməliyyat edib.

Həkimlər uşağın başını açanda, beyin skanında gördükləri kütlənin təxminən bir metr uzunluğunda saç olduğunu aşkar etdilər.

Həkimlər uşağın beynindəki tüklərin ana bətnində anormal şəkildə formalaşdığını bildiriblər.

Elnur
BakuPost

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla