AZ

Döyüş təşkilatlarının dəyəri açıqlandı: UFC-də fantastik məbləğ

"Forbes" jurnalı bazar dəyəri baxımından dünyada ən uğurlu döyüş promoşnlarının reytinqini təqdim edib.

Publika.az xəbər verir ki, siyahıya 11,3 milyard dollar dəyərində UFC başçılıq edir. İkincisi sırada 2023-cü ilin sentyabrında "TKO Holdings" brendi altında UFC ilə birləşən WWE (6,8 milyard) güləş təşkilatı qərarlaşıb. Üçüncü yeri güləş üzrə ixtisaslaşan AEW promoşnu (2 milyard dollar) tutub.

"İlk beşlik" "ONE Championship" (MMA, 1,3 milyard dollar) və "Matchroom Boxing" (boks, 850 milyon dollar) tərəfindən tamamlanır.

MMA liqası PFL (690 milyon dollar) 6-cı, "Top Rank Boxing" (boks, 630 milyon dollar) isə 7-ci yerdə qərarlaşıb. "İlk onluğ"u "Premier Boxing Championship" (boks, 600 milyon dollar), "Golden Boy Promotions" (boks, 450 milyon dollar) və "Combate Global" (MMA, 120 milyon dollar) tamamlayıb.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla