AZ

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib. 


Sfera.az xəbər verir ki, belə bir iddianı "Jerusalem Post” qəzeti İsrail ordusundakı mənbəyə istinadən irəli sürüb. 


Nəşr yazır ki, dünən gecə İsfahan vilayətinin şimal-şərqinə İsrail ordusu tərəfindən hücum həyata keçirilib.

 

Qəzet hücumun necə icra edildiyini də təsvir edib: “Cümə günü erkən saatlarda İsrail təyyarəsi İsfahandakı İran Hərbi Hava Qüvvələri bazasına yaxınlaşaraq raket zərbələri endirib”. 


Qəzetin yazdıqlarından belə aydın olur ki, İsrail İranın hava məkanına daxil olmaq üçün “F-35” təyyarəsindən istifadə edib. Məlumata görə, İranda mövcud olan hava hücumundan müdafiə vasitələrinin radiolokasiya sistemləri  “F-35” təyyarələrini aşkarlamaq qabiliyyətinə malik deyil. 


Qeyd edək ki, İranın rəsmi kütləvi informasiya vasitələri hücumun raket və ya təyyarə ilə həyata keçirildiyini təsdiqləmir. İran tərəfi İsfahan üzərində PUA-ların aşkarlandığını və onların hamısının vurulduğunu, bəzilərinin isə yerə düşən zaman yanğına səbəb olduğunu bildirib. 


Vasif


 

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla