AZ

Danışıqlar prosesi başlasa da, müharibə davam edəcək – Sergey Lavrov

Ukrayna ilə yeni danışıqlar prosesi başlasa da, Rusiya hərbi əməliyyatları dayandırmayacaq.

Editor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazirin sözlərinə görə, “indi Kiyevdə inam yoxdur”: “Biz danışıqlara hazır olduğumuzu söyləmişik, lakin “İstanbul hekayəsi”ndən fərqli olaraq, danışıqlar zamanı hərbi əməliyyatlarda heç bir fasilə verməyəcəyik, proses davam etməlidir”, – deyə Lavrov bildirib.

O, bunu Moskvanın Kiyevə etibar etməyəcəyi ilə izah edib: “İkincisi, əlbəttə ki, yer üzündəki reallıqlar əhəmiyyətli dərəcədə fərqli oldu. Və bu reallıqlar nəzərə alınmalıdır”, – nazir Konstitusiyaya dörd yeni regionu Rusiyanın subyektləri kimi müəyyən edən düzəlişlər haqqında danışarkən deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla