AZ

Boş yerlər olduğu halda maşını ikinci zolaqda park edib yolu kəsdi - VİDEO

Bakıda dayanma-durma qaydasını pozan sürücü yolda maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 16-da, paytaxtın Ələsgər Ələkbərov küçəsində baş verib. Belə ki, 77-KG-360 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq hərəkət olan zolğı zəbt edib. Bu səbəbdən yolda hərəkət edən digər sürücülər maneə və təhlükə ilə üzləşiblər. Videogörüntüdən də aydın şəkildə görünür ki, yolun sağ kənarında kifayət qədər boş yerlərin olmasına baxmayaraq sürücü öz kefindən qayda pozub.

 

Fərid

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla