AZ

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Sergey

Moskva, 19 aprel, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə müsahibəsində bildirib. O deyib: “Bunun iki ay davam edəcəyini vəd etdilər, indi bu missiya (Aİ-nin Ermənistandakı missiyası) müddətsizdir. Orada artıq kanadalılar da var, NATO-nun digər ölkələri də onun tərkibinə daxildir. Bu, artıq Avropa İttifaqının deyil, NATO-nun missiyasıdır”.

Lavrov, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə görüşünün anonsunu da verib. Rusiyalı nazir qeyd edib: “Münasibətlərimizin keçmişi və indiki vəziyyəti qiymətləndirilməlidir. Ümidvaram ki, bunun (Ermənistan-Rusiya münasibətlərinin –red.) bizim Qərbdəki bədxahlarımızın ötürdüyü arqumentlər olmadan müzakirə ediləcəyi Prezidentlə təmaslar olacaq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla