AZ

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

Lavrov:

Moskva, 19 aprel, AZƏRTAC

Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara fasilə verməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) rəhbəri Sergey Lavrov jurnalistlərə müsahibəsində bildirib.

“Biz xüsusi hərbi əməliyyatı davam etdirməli olduğumuza qəti əminik... Danışıqlara hazır olduğumuzu bildirmişik, amma İstanbuldakı görüşdən fərqli olaraq, danışıqlar dövründə hərbi əməliyyatlarda heç bir fasilə verməyəcəyik. Proses davam etməlidir”, – deyə Lavrov qeyd edib.

Lavrov əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların qadağan edilməsi haqqında fərmanı ləğv etməlidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Seçilən
69
50
Mənbələr
Şərh ()
Bağla