AZ

"Azəri Med" şirkətinə - CƏRİMƏ PROTOKOLU YAZILIB

"Azəri Med” QSC-yə  gömrük  qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci  maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 30 aprel 2024-cü il, saat 11:50-yə təyin edilib.

Seçilən
54
6
Mənbələr
Şərh ()
Bağla