AZ

Saçdüzləşdirici vasitələr orqanizm üçün hansı risklər daşıyır? - AYDINLIQ GƏTİRİLDİ

"Saçdüzləşdirmə prosesi həm proseduru edən, həm də elətdirən üçün çox təhlükəlidir. Keratin düzləşdirici prosedurlar əgər isti ütü ilə olunursa, bu orqanizm üçün çox zərərlidir. Bu kimyəvi düzləşdiricilərin tərkibində bu düzləşməni verən formaldehid adlı maddədir. Həmin maddə orqanizmə toksiki zəhərləndirici təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında trixoloq Gültəkin Abdullayeva deyib.

Onun sözlərinə görə, ütüləmə zamanı əmələ gələn buxar nəfəs yolları vasitəsilə orqanizmə daxil olur həm proseduru elətdirənin həmdə eləyənin orqanizminə çox ağır toksiki təsir göstərir: “Bu maddə dünya praktikasında Amerika və Avropa ölkələrində istifadəsi 0.1% -0.2% dən artıq tərkibində formaldehid olan düzləşdiricilər yolverilməzdir və istifadəsi qadağandır. Amma bizim kimi ölkələrdə bu qadağa olmadığı üçün bəzən bu düzləşdiricilərin faizi 11%-ə qədər artır. Bu hal orqanizmə çox ciddi təsir edir. Hətta beyin toxumalarından sinir hüceyrələrinə qədər təsir göstərir".

Gültəkin Abdullayevanın bildirib ki, belə proseslər uşaqlar üçün yolverilməzdir: "Əlbəttəki uşaqları bu cür təsirə məruz qoymağı mən yolverilməz hesab edirəm. Böyüklərdə də bu prosesin tez-tez olmasını məsləhət görmürəm. Düzləşdiricilərin müxtəlif növləri var. Bəzilərində soyuq düzləşdirmədən istifadə edirlər. Orada isti ütüdən istifadə olunmur və buxar əmələ gəlmir. Bu növ düzləşdirici daha az müddətə təsir göstərir. Yəni formaldehidli düzləşdiricilərdə olduğu kimi 6 ay deyil, daha qısa müddətə təsir edir. Onların istifadəsinin heç bir əks təsiri yoxdur".

Ləman Sərraf

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla