AZ

Parisdə canlı bomba İran konsulluğuna girdi - Partlayış baş verə bilər

Fransada bir nəfər İranın Parisdəki konsulluğuna girərək partlayış törətməklə hədələyib.

"Unikal" xəbər verir ki, bu barərə “Europe 1” radiostansiyası məlumat yayıb.

"Hazırda Parisin 16-cı rayonunda İran konsulluğunun binasında bir nəfər var. O, partlayıcı kəmər taxıb və onu partlatmaqla hədələyir", - polis bildirib. 

Təhlükəsizlik səbəbi ilə metro xətlərindən birinin işi dayandırılıb, ərazi mühasirəyə alınıb.

Ehtimallara görə, həmin şəxs konsulluğun otaqlarından birində gizlənib.

Ağarza Elçinoğlu 

Seçilən
84
11
Mənbələr
Şərh ()
Bağla