Metbuat.az-ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bildirib ki, mühüm su-bataqlıq ərazisi kimi beynəlxalq əhəmiyyətə malik Ağgöl Milli Parkında 2024-cü ildə 78 minə yaxın ornitofauna nümunəsi sayılıb.
"Bu göstərici ötən illə müqayisədə 2 dəfə çoxdur. Park quşların toplaşdığı boyük məntəqələrdən biri olduğundan köç dövrlərində, həmçinin ilin digər zamanlarında da bu ərazidə quşarın həm istirahət və dayanma yerləri, həm də yuvalaması üçün münbit şərait mövcuddur".