AZ

ÇL-in 1/4-də 20 illik rekord yeniləndi

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vuruldu və bütün yarımfinalçılar bəlli oldu.

Bu mərhələdəki məhsuldarlıq diqqət çəkdi. Hələ ilk oyunlardan sonra qapılara 18 top vurulmuşdu. Cavab matçları çərçivəsində ilk oyun günündə daha 11 top vuruldu. Dünənki oyunlarda əvvəlcə ''Real''lı Rodriqo ''Mançester Siti''nin qapısına yol taparaq bu mərhələdəki 30-cu qolun müəllifi oldu. Amma yeni rekordun qeydə alındığı qolu ''Bavariya''lı Coşua Kimmix ''Arsenal''ın qapısına vurdu. Çox keçmədən Mançesterdən daha bir qol xəbəri gəldi. Kevin De Bruyne bu mərhələdəki sonuncu - 32-ci qolun müəllifi oldu. Beləliklə, cari mövsümdə ÇL-in 1/4 finalında 20 ildi, davam edən məhsuldarlıq rekordu yeniləndi.

Əvvəlki rekord 2003/04 mövsümündə qeydə alınmışdı. O vaxt qapılara 30 qol vurulmuşdu. Həmin mövsümün 1/4-də ''Monako'' ''Real''ı səfər qolu prinsipinə görə keçmiş (ümumi hesab 5:5), ''Çelsi'' ''Arsenal''dan üstün olmuş (3:2), ''Deportivo'' son qalib statusunda olan ''Milan''ı mübarizədən kənarlaşdırmış (5:4) və sonda bu titula sahib çıxacaq Joze Mourinyonun ''Portu''su ''Lion''a heç bir şans verməmişdi (4:2).

ƏLİ

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla