AZ

Xabi Alonso “əczaçılar”ın “Vest Hem”lə oyunundan narazı qalıb - ARENA.AZ

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/4 final mərhələsinin “Vest Hem”lə cavab oyununa (1:1) yekun vurub.

Arena.az xatırladır ki, Leverkuzendəki ilk oyunda 2:0 hesablı qələbə qazanmış “Bayer” səfərdə məğlubiyyətdən son dəqiqələrdə vurduğu qolla qurtulub və yarışın yarımfinal mərhələsinə adlayıb.

Xabo Alonso qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Vest Hem”ə çox güclü təzyiq göstərməyə hazırlaşırdıq. Düzülüşümüzdə çox rahat oynamadıq, öz oyunumuzu tapa bilmədik. Düzünü desəm, ilk hissədə rəqib daha yaxşı idi və özümüzü yersiz hiss edirdik. İkinci və ya üçüncü qolu buraxmamağımız çox vacibdir. İngilislər bizdən daha yaxşı idilər.
Xoşbəxtlikdən biz fasilədə vəziyyəti dəyişdik. Davam etdiyimiz üçün isə xoşbəxtəm. Avropa Liqasında həmişə çətin məqamlar olur”, – BBC alman mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, “Bayer” Avropa Liqasının yarımfinalında “Roma” ilə qarşılaşacaq.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla