AZ

Sergey Lavrov İstanbul görüşlərinin sirlərini açıb tökdü

2022-c ilin martında İstanbul sazişləri tərtib edilərkən Ukrayna üçün təhlükəsizlik təminatları silahlı hücum zamanı NATO müttəfiqlər tərəfindən dövlətin müdafiəsini nəzərdə tutan beşinci maddəsinə bənzətməklə formalaşdırılmışdı.

Editor.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, zəmanətlər Krım və Donbasa şamil edilməyib: “Biz Ukrayna nümayəndə heyətinin istədiyi kimi bu zəmanətlərin son dərəcə ciddi olmasını təmin etməyə hazır idik. Şimali Atlantika Alyansının yaradılması haqqında Vaşinqton müqaviləsinin beşinci maddəsi ciddiliyin həddi hesab olunurdu.

Onlar bunu sözbəsöz təkrar etmədilər, lakin bir neçə oxşar düsturlar razılaşdırıldı”, – Lavrov bildirib. Nazirin sözlərinə görə, danışıq aparan tərəflər razılaşdılar ki, təhlükəsizlik təminatları Krım və Donbasa şamil edilmədiyi üçün bu ərazilərə “toxunulmaz” qalırdı. İstanbul müqavilələri layihəsində Ukrayna ərazisində hərbi bazaların olmasına, eləcə də bütün qarant ölkələrin razılığı olmadan üçüncü ölkələrlə təlimlərin keçirilməsinə qadağa qoyulurdu.

Daha sonra Sergey Lavrov qeyd edib ki, Ukrayna nümayəndə heyətinin nümayəndələri sazişə “ətraflı” düzəlişlər təklif etdilər. Məsələn, onlar bütün qarant ölkələrin razılaşması ilə bağlı ifadənin səs çoxluğu ilə əvəz edilməsini bildirdilər. “Bu, elə bir həyəcan siqnalı idi ki, ya onlara bir gecədə qadağa qoyuldu, ya da onlardan biri dedi ki, “Gəlin bu rusları bir az da aldadaq”, – Rusiya XİN rəhbəri əlavə edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla