AZ

Rəisi İran-İsrail gərginliyindən sonra ilk dəfə DANIŞDI: Tək bir cümlə ilə kifayətləndi

İsrailin İrana hücumundan sonra bu gün kameralar qarşısına çıxan İran prezidenti İbrahim Rəisinin cavab tədbirinin olub-olmayacağı ilə bağlı açıqlama verəcəyi ümid edilsə də, bu baş tutmadı.

Yenicag.az xəbər verir ki, Cümə namazından əvvəl açıqlama verən Rəisi sadəcə “İran İsrailə gücünü göstərdi” deməklə kifayətlənib.

Dəməşqdəki konsulluq binasına edilən hücuma cavab olaraq İran 300-ə yaxın raket və PUA ilə İsrailə qarşı “Gerçək vəd” əməliyyatına başlayıb.
Dünən gecə İrana qarşılıq verən və bir çox nüvə stansiyasının yerləşdiyi İsfahanı 3 pilotsuz təyyarə ilə hədəfə alan İsrail ordusu kiçik miqyaslı hücumda istənilən nəticəni ala bilməyib.

Qeyd edək ki, İsrail İranın “Gerçək vəd” əməliyyatına cavab verməsi ilə bağlı İran rəsmisindən açıqlama alıb. Rəsmi “İsrailin hücumu ilə bağlı dərhal cavab planımız yoxdur” deyərək əks-hücum üçün qapını bağlayıb.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla