AZ

Darya Varfolomeyev: “Bu, Bakıda üçüncü çıxışımdır, arena çox gözəldir” - MÜSAHİBƏ

Dünya çempionu Darya Varfolomeyev Bakıda start götürən bədii gimnastika üzrə Dünya kubokunun ulduzlarından biridir.

İdman.biz xəbər verir ki, yarışın startından turnir cədvəlində liderliyi ələ alan idmançı jurnalistlərin suallarını cavablandırıb.

- İlk çıxışınız necə alındı?

- Həmişə yarışın ilk günündə stress çox olur. Amma halqa ilə yaxşı çıxış etdim, hətta yaxşıdan da yüksək deyərdim. Heç gözləmirdim ki, belə inamlı çıxış edə biləcəm. Topla isə mükəmməl kompozisiyam var. Amma əvvəl bir az ehtiyatlanırdım. Lakin sonradan toparlandım və çıxışın ikinci yarısını sonadək çatdırdım. İtkisiz keçdim, amma daha da yaxşı ola bilərdi.

- Sizin gürzlərlə və lentlə hərəkətlərinizdən nə gözləmək olar?

- Gürzlərlə kompozisiyam yenidir. Ancaq bu il artıq 5 dəfə onunla çıxış etmişəm. Lentlə isə əvvəlki çıxışımdır. Ötən il Bakıda da eynisini nümayiş etdirmişəm.

- Azərbaycana hansı hisslə qayıtmısız?

- Üçüncü dəfədir buradayam. Zal çox xoşuma gəlir, məşq və isinmə hərəkətləri üçün yer çoxdur. Arena çox gözəldir, işıq da xoşuma gəlir, xüsusilə də yayım üçün yaxşıdır.

- Almaniya millisindən danışsaq, komandada daxili rəqabət nə dərəcədə böyükdür?

- Əksinə, biz bir-birimizi daha çox dəstəkləyir, uğurlara sevinirik. Biz burada üç nəfərik və finala düşəcəyimizə ümid edirik. Hərçənd final mərhələsində hər ölkədən iki idmançı çıxış edə bilər.

- Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı hələ iki il əvvəl qazandığınızı nəzərə alsaq, indi Fransa paytaxtına fərdi proqramla hazırlaşırsız?

- Hazırlıq tam sürətlə gedir. Öncədən, ilk lisenziya yarışından bu Olimpiya Oyunlarında yerimi təmin etməyim yaxşı oldu. Buna görə də Olimpiadaya özümün ən yaxşı formamda hazır olmaq üçün vaxtım var.

- Bakıdakı rəqabətin səviyyəsini necə qiymətləndirirsiz?

- Adətən yarışlarda yalnız özümə fokuslanıram, kimin və necə çıxış etdiyinə baxmıram. Əlbəttə, gələn gimnastları görürəm, amma özüm barədə qeydlər edirəm. Ümumilikdə mübarizənin gedişini izləmək maraqlıdır, görək digərləri necə çıxış edəcəklər.

Zəki Feyzullayev
İdman.biz

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla