AZ

“Real Sosyedad” - “Real” matçı ÇL-ə görə başqa günə təyin edildi

Futbol üzrə İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilməli olan “Real Sosyedad” – “Real” matçının vaxtı dəyişdirilib.

Arena.az bu barədə İspaniya La Liqasının rəsmi “X” sosial şəbəkə hesabına istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, Madrid təmsilçisi “Real Sosyedad”la səfər oyununun vaxtının dayişdirilməsi haqda xahiş edib. La Liqa və Sosyedad klubunun rəhbərliyi “Real”ın bu xahişini təmin edib.

Xatırladaq ki, daha əvvəl “Real” UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirəcəyi ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədilə müvafiq xahişlə La Liqaya müraciət ünvanlamışdı.

La Liqanın “Real”ın xahişini təmin etməsilə “qaymaqlılar” “Real Sosyedad”a qarşı keçirəcəyi səfər oyunu aprelin 27-si tarixindən aprelin 26-sı tarixinə keçirilib.

UEFA Çempionlar Liqasının yarımfinalında isə “Real” “Bayern”ə qarşı ilk oyunu aprelin 30-da Münhendə keçirəcək.

Beləliklə, göründüyü kimi, “Real” əlavə bir gün hazırlıq, həmçinin məşq üçün üstünlük əldə edib.

Hazırda “Real” 31 oyundan 78 xalla La Liqanın yarış cədvəlinə başçılıq edir.

Seçilən
47
30
Mənbələr
Şərh ()
Bağla