AZ

Hamiləliyin 30-cu həftəsində dünyaya gələn körpə 39 günlük müalicədən sonra evə yola salınıb

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hamiləliyin 30-cu həftəsində dünyaya gələn körpə 39 günlük müalicədən sonra evə yola salınıb.
 
Bu məlumat Aztibb.az-a İnstitutdan verilib.
 
28-29 həftəlik hamiləlik, fəsadlaşmış mamalıq anamnezi, uşaqlıqda çapıq diaqnozları ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət edən qadın dərhal vəziyyəti ilə əlaqədar Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilib. Şöbənin müdiri həkim mama-ginekoloq Zinyət Muradovanın nəzarətində olan hamiləyə saxlayıcı-qorucu və antibakterial müalicələr aparılıb və daim nəzarətdə saxlanılıb. Hamiləliyin 30-cu həftəsində vəziyyəti ilə əlaqədar pasiyent dərhal əməliyyata alınıb. Z.Muradova tərəfindən uğurla icra olunan qeysəriyyə kəsiyi əməliyyatı ilə cinsi kişi, çəkisi 1300 qram, boyu 35 sm olan körpə dünyaya gəldi. Vaxtından əvvəl doğulan uşaq dərhal
 
Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürüldü. Həkim-neonatoloq Günel Xəlilovanın və tibbi heyətin nəzarəti altında olan yenidoğulmuş 38 günlük stasionar nəzarət zamanı CPAP dəstəyində olub, infeksiya, qan azlığı ilə bağlı müalicələr edilib. Uğurla aparılan müalicələrdən sonra körpə sağlam şəkildə ailəsinə təhvil verilib.
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla