Azərbaycan Prezidenti İlham Əliyev gələn həftə Rusiyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Səfər aprelin 22-də baş tutacaq. Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq.
Dövlət başçıları Baykal-Amur Magistralının tikintisinə başlanılmasının 50 illiyi münasibətilə dəmir yolu sənayesinin veteranları və işçiləri ilə görüşəcəklər.