AZ

Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

Aprelin 19-da Gəncə şəhərində “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün birgə fəaliyyət planı” mövzusunda regional müşavirə keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, müşavirədə Fövqəladə Hallar Nazirliyinin baş yanğın tənlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Gəncə, Mingəçevir, Naftalan və Yevlax şəhərləri, Goranboy, Göygöl, Samux, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumları, idarə və müəssisələrin, bələdiyyələrin məsul şəxsləri və fermerlər iştirak edib.

Müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Müşavirədə bölgədə meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə qarşıdan gələn yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə geniş məlumat verilib. Həmçinin, ərazilərdə aparılan monitorinqlər zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş çatışmazlıqlar və onların aradan qaldırılması yolları barədə danışılıb. Milli sərvətimiz olan meşələrin qorunması üçün hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsinin, o cümlədən müvafiq vəzifəli şəxslərin üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, meşə və meşəətrafı ərazilərdə yanğın hallarının baş verməməsi üçün yaxınlıqda yaşayan kənd sakinlərinin, sahibkarların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri mühüm əhəmiyyət kəsb edir.

Müşavirədə yaranan suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Meşə Meşə Meşə Meşə Meşə Meşə Meşə
Seçilən
72
3
Mənbələr
Şərh ()
Bağla