AZ

Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 141 min 889 ton azot gübrəsi satıb.
 
Moderator.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda azot gübrəsinin dəyəri 26 milyon 939 ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 48 min 272 ton (51,5%) çox, dəyər ifadəsi ilə 453 min ABŞ dolları (1,6%) azdır. 2023-cü ilin eyni dövründə Azərbaycanın azot gübrəsi ixracı 93 min 617 ton miqdarında, 27 milyon 392 min ABŞ dolları dəyərində olub.
 
Belə ki, bu ilin birinci rübündə ixrac olunan azot gübrəsinin bir tonu üçün orta qiyməti 189,8 ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 102,8 ABŞ dolları, yaxud da 35,1% azdır. 2023-cü ilin yanvar-mart aylarında ixrac olunan azot gübrəsinin bir tonu üçün orta qiyməti 292,6 ABŞ dolları olub.
 
Qeyd edək ki, 2024-cü ilin birinci rübündə ixrac olunan azot gübrəsi ümumi ixarcın 0,45 faizini, qeyri-neft sektoru üzrə ixracın 4 faizini təşkil edib.
Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla