AZ

Binəqədidə yanğında 1 nəfər xəsarət alıb

Binəqədidə

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 20 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
41
8
Mənbələr
Şərh ()
Bağla